XƏBƏRLƏR

ADU tələbələrinin istehsalat təcrübəsi AzTV-də uğurla davam edir

15 may, 2023

Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində Beynəlxalq jurnalistika şöbəsinin 2022-2023-cü tədris ilinin IV kurs tələbələrinin istehsalat təcrübəsi davam edir.

Mayın 15-də Beynəlxalq jurnalistika şöbəsinin müdiri b/m. Nərgiz Qurbanlı Azərbaycan Dövlət Televiziyasının Xəbərlər departamentində rəhbərlik və tələbələrlə görüşüb.

Görüşdə İnformasiya Proqramları Studiyasının direktor müavini Almaz Axundova tələbələrin istehsalat təcrübəsində fəallığından çıxış edib, tələbələrin hazırladığı süjetlərdən, müsahibələrdən və göstərdikləri fəallıqlarından razı qaldığını bildirib.

Təcrübəçi tələbələr təcrübə keçirdikləri müəssisədən razı qaldıqlarını və təcrübədən sonra da bu müəssisə ilə əməkdaşlıq edəcəklərini qeyd ediblər.