XƏBƏRLƏR

ADU-da “Heydər Əliyev və Atatürkün sosial siyasətlərinin müqayisəli təhlili” mövzusunda açıq dərs keçirilib

11 may, 2023

Azərbaycan Dillər Universitetində Regionşünaslıq kafedrasının müəllimi Fidan Ələsgərova tərəfindən 278-ci qrupun tələbələrinə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Heydər Əliyev və Atatürkün  sosial  siyasətlərinin müqayisəli təhlili” mövzusunda açıq dərs keçirilib.

Azərbaycan xalqının Ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu, qardaş türk xalqının öndəri Mustafa Kamal Atatürkün əziz xatirələri yad olunub.

Fidan Ələsgərova təqdimatda bildirib ki, Ulu öndər Heydər Əliyev və Mustafa Kamal Atatürk çox çətin, keçməkeşli tarixi dövrdə sosial-iqtisadi sahədə  gələcək inkişafa qədəm qoyan əsaslı islahatlara imza  atmışlar. Heydər Əliyevin gender bərabərliyi, kənd təsərrüfatı və sənaye, təhsil, səhiyyə sahələrində, eyni zamanda   fiziki məhdudiyyətli şəxslər, şəhid ailələri, qazilər və məcburi köçkünlər kimi həssas sosial qrupların rifah şəraitinin yüksəldilməsi sahəsində siyasəti Atatürkün eyni sahələrdə siyasəti tələbələrin sual-cavabları ilə müqayisə edilib.

Sonda F. Ələsgərova xalqın sevgisini əbədi qazanmış Ulu öndər Heydər Əliyevin sosial sahədə uğurlu siyasəti ilə yanaşı din, multikulturalizm, ordu quruculuğu, mədəniyyət kimi sahələrdə də uğurlu siyasətçi olması faktını tələbələrin nəzərinə çatdırıb.

 Dərsin sonunda Ulu öndər və Mustafa Kamal Atatürk haqqında videoçarx nümayiş olunub.