XƏBƏRLƏR

ADU- nun təcrübəçi tələbələri tərəfindən “Heydər Əliyevin anadan olmasının 100 illiyinə” həsr olunmuş tədbir keçirilib

11 may, 2023

Azərbaycan Dillər Universitetinin (ADU) Saleh Poladi adına 159 saylı tam orta məktəbdə pedaqoji  təcrübədə olan tələbələri ilə həmin məktəbin şagirdlərinin birgə təşkil etdiyi  “Heydər Əliyevin anadan olmasının 100 illiyinə” həsr olunmuş tədbir keçirilib.

 Tədbirdə metodist müəllim, dosent Q. Heybətov 2023-cü ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Heydər Əliyev ili” kimi elan olunması və bu mənada Respublikanın hər yerində silsilə tədbirlərin həyata keçirilməsi haqqında sərəncamını diqqətə çatdırıb. 

Təcrübəçi tələbələrdən Səbinə Əlizadə “Heydər Əliyev və Azərbaycançılıq”, Nigar Hacıyeva “Heydər Əliyev və Ana dili siyasəti” mövzularında çıxışlar ediblər.

Tədbirin bədii hissəsində məktəb şagirdləri tərəfindən Heydər Əliyevə aid şeirlər söylənilib, “Ulu öndər” mahnısı səsləndirilib.