XƏBƏRLƏR

Tələbələrə sertifikatlar təqdim edilib

11 may, 2023

Təhsil-2 fakültəsi İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasında “Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı kimi” tədbirində iştirak edən tələbələrə sertifikatlar təqdim edilib.

8 may 2023-cü il tarixində  tədbiri giriş sözü ilə Təhsil-2 fakültəsinin dekanı dos. Salman Nuriyev  açaraq bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. 

İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının müdiri dos. Mehriban Hüseynova çıxış edərək qeyd edib ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.

Sonda, kafedranın fakültə dekanı dos.Salman Nuriyev və kafedra müdiri dos. Mehriban Hüseynova tədbirdə iştirak edən Kərimova Nəzrin 221b, Ceyhunə Səmədli  228a, Sonara İsmayılova  220b, Cəvahir Ağacanova  220b, Elvin  Məmmədov 220b, Ləman Cəfərova  220a, Səma Həsənova  220a, Pərvanə Allahverdi 220a, Aysu Qasımzadə 220a, Ella Güləhmədova  223b, Gülbahar İsmayılova 223b sertifikatlarla mükafatlandırılıblar.