XƏBƏRLƏR

"Ulu Öndər yolu gənclər üçün bir məktəbdir" adlı tədbir keçirilib

10 may, 2023

Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsi nəzdində Xarici Dillərin Tədrisi Metodikası kafedrasının müəllimi Tükəz Piriyevanın təşəbbüsü ilə 46 nömrəli məktəbdə Təhsil 2 fakültəsinin 425 B qrup tələbələri, Filologiya fakültəsinin tələbələri Babayeva Fidan və Təhmasib Ədilə və 46 nömrəli şagirdlərin birgə iştirakı ilə "Ulu Öndər yolu gənclər üçün bir məktəbdir" adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və Şəhidlərimizin və Ulu Öndərin 1 dəqiqəlik sükutu ilə açılıb. Tədbirdə Ulu öndərin keçdiyi həyat yolu, siyasi arenadakı nüfuzu və Azərbaycan dövləti üçün etdiyi xidmətlərdən danışılıb.