XƏBƏRLƏR

ADU-nun tələbəsi sertifikatla təltif olunub

10 may, 2023

Azərbaycan Dillər Universitetinin (ADU) Frankofoniya, Fransız dili və mədəniyyəti mərkəzinin xəlifə müdiri Fidan Nəbiyeva Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və BMT-nin Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən 4-6 may tarixlərində Şəki rayonunda keçirilən  "AzMUN Milli Simulyasiya Konfransı” da iştirak edib.

Konfransda Frankafoniya, Fransız dili və mədəniyyəti mərkəzinin xəlifə müdiri Fidan Nəbiyeva  Fransa Respublikasının Prezidenti rolunda çıxış edib.

O, eyni zamanda adıçəkilən konfransda sertifikatla təltif olunub.