XƏBƏRLƏR

ADU-da “Gənclik – Heydər Əliyevin yolu ilə” mövzusunda təqdimat keçirilib

10 may, 2023

  Mayın 8-də  Azərbaycan Dillər Universitetinin Təhsil -1 fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı-1 kafedrasının əməkdaşı f.f.d.b.m.Nigar Xanlar qızı Bağırovanın təşkilatçılığı  ilə fakültənin 203 A qrupunda  Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Gənclik – Heydər Əliyevin yolu ilə” mövzusunda təqdimat keçirilib.

         Tələbələr Ulu öndərin hər bir sahədə gənclərə göstərdiyi diqqət, qayğı, dəstək və etimadı geniş şəkildə işıqlandırıb, çox maraqlı və müxtəlif təqdimatlarla çıxış ediblər.  Gənclik olaraq, tələbələr öz çıxışlarında Ulu öndərə xitab edərək, qurucusu olduğu müstəqil Azərbaycanın əmin əllərdə olduğunu ifadə edib və Heydər Əliyev irsinin layiqli davamçıları olacaqlarına qətiyyətlə söz veriblər.

           Tədbirdə Ulu öndər Heydər Əliyev haqqında “Sönməz, əbədidir- Heydər Əliyev” şeiri söylənilib, sonda isə 203 A qrupu tələbələrinin özlərinin ifasında “Ulu bir ödər- Ulu bir sərkədə” mahnısı səsləndiriblər.

           Universitetin rektor məsləhətçisi Anar Osmanlı, fakültə dekanı prof. Fikrət Cahangirov, İngilis dilinin leksikologiyası və üslubiyyatı-1 kafedrasının müdiri f.f.d.dos. Kifayət Hacıyeva, kafedra əməkdaşları dos. Amil Cəfərov, f.f.d.dos. Lalə Əsədova, f.f.d.b.m.Ülviyyə Əhmədova, f.f.d.b.m.Dürrə Həşimova və başqaları iştirak ediblər.

           Sonda universitetin rektor məsləhətçisi Anar Osmanlı, fakültə dekanı prof. Fikrət Cahangirov, İngilis dilinin leksikologiyası və üslubiyyatı-1 kafedrasının müdiri f.f.d.dos. Kifayət Hacıyeva, kafedra əməkdaşları dos. Amil Cəfərov və f.f.d.dos. Lalə Əsədova çıxış ediblər. Onlar tədbirin əhəmiyyətindən danışıb və qrupun müəllimi Nigar Bağırovaya və tələbələrə öz təşəkkürlərini bildiriblər.