XƏBƏRLƏR

ADU-nun müəllimi Sədaqət Musayeva konfransda məruzə ilə çıxış edib

10 may, 2023

ADU-nun Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının baş müəllimi, yazıçı Sədaqət Musayeva mayın 5- də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında keçirilən və Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100- cü ildönümünə həsr olunmuş “Fövqəladə hallarla mübarizənin aktual problemləri” mövzusunda professor-müəllim heyətinin VIII elmi-texniki konfransında məruzəylə çıxış edib.

Sədaqət Musayevaya məruzəsinə görə akademiyanın rəisi, general-mayor Baba Salayevin imzası ilə sertifikat təqdim olunub.