XƏBƏRLƏR

ADU-da “Ümummilli lider Heydər Əliyev yolu Azərbaycan tarixinin uğur səhifəsi” mövzusunda inşa müsabiqəsi keçirilib

08 may, 2023

 Mayın 5-də Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində Xarici dillər kafedrasının təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyev yolu Azərbaycan tarixinin uğur səhifəsi” mövzusunda  fransız, alman və ingilis  dillərində inşa müsabiqəsi keçirilib.

  Müsabiqədə Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin müxtəlif kurslar üzrə 22 tələbəsi iştirak edib.

Müsabiqənin münsif  heyətində f.e.d., dosent.N. Seyidova, f.e.n.dosent.Q. Əbdülrəhimova, b/m.K. Əliyeva, b/m.V. Əliyeva, b/m.A. Xudiyeva olub.

Qaliblər təqdim olunmuş inşalar müsabiqəsi komissiyası tərəfindən seçilərək müəyyən olunub.

Qaliblər:

1. Günel Zeynallı - 262a - (Fransaşünaslıq ixtisası)

2. Naura Əliyeva - 262a - (Fransaşünaslıq ixtisası)

3. Ayşən Rzayeva - 262a - (Fransaşünaslıq ixtisası)

4. Ayla Əhmədzadə -264r-(Amerikaşünaslıq ixtisası)

5. Aytən Mirişova -264r-(Amerikaşünaslıq ixtisası)

6. Ülviyyə Verdiyeva -358-(Almaniyaşünaslıq ixtisası)

7. Ülviyyə Əliyeva -162r-(Amerikaşünaslıq ixtisası)

 

İnşa müsabiqəsi bir daha göstərdi ki, Ümummilli lider Heydər Əliyev gənc nəslimizin yaddaşında daima qalacaq.