XƏBƏRLƏR

ADU-nun tələbələri “Əbədi müstəqilliyimizin banisi” adlı tədbir keçirilib

05 may, 2023

Mayın 5-də Azərbaycan Diller Universitetinin Təhsil 2 fakültəsi nəzdində fəaliyyət göstərən Pedaqogika kafedrasının müəllimi Roza İsmayılovanın təşkilatçılığı ilə Natiq Tağıyev adına 212 nömrəli  tam orta məktəbdə təcrübədə olan tələbələr tərəfindən “Əbədi müstəqilliyimizin banisi” adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tələbə C. Gülçin tədbirlə bağlı məlumat verib.

Məktəbin Təşkilatı işlər üzrə direktor müavini Rəna İsmayılova da çıxış edərək, Ulu öndərin Azərbaycan xalqının milli azadlıq və istiqlaliyyət tarixinin xilaskarı rolunu oyanmasından, müasir dünya tarixinə parlaq və silinməz iz qoymasından danışıb.

Pedaqoq R.İsmayılova Ulu öndərin şərəfli həyat yolundan, gəncliyə, şagirdlərə, təhsilə göstərdiyi böyük diqqətindən söz açıb.

  Tədbirdə Ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən şeirlər səsləndirilib, videoçarxlar və şəkillər nümayiş olunub.

 Tələbə və şagirdlərin Ulu öndər haqqında hazırladıqları məruzələr dinlənilib.

Azərbaycanın memarı və qurucusu Ulu öndərin dövlətimizin müstəqilliyi, inkişafı, bu günü və gələcəyi üçün zəngin irs qoyduğu vurğulanıb.

Ulu öndərin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin apardığı düzgün və məqsədyönlü siyasətin nəticəsi olaraq, torpaqlarımızın işğaldan azad edilməsi və bu şanlı Qələbənin tarixə qızıl hərflərlə yazılması Ulu öndərimizin ideyalarının əbədi yaşadığının bariz nümunəsi kimi qeyd edilib.