XƏBƏRLƏR

"Heydər Əliyev siyasətinin ağırlıq mərkəzi” adlı tədbir keçirilib

05 may, 2023

05.05.2023-cü il tarixdə Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrası və ADU-nun Elmi Kitabxanasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində növbəti “Heydər Əliyev siyasətinin ağırlıq mərkəzi” adlı tədbir keçirilib.

Tədbirdə kafedranın baş müəllimi Mətanət Əsgərovanın 326b qrup tələbələrinin, müəllim Aygün Kərimovanın 306b qrup tələbələrinin mövzu ətrafında hazırladıqları çıxışlar dinlənilib.

Tərcümə fakültəsinin kitabxanada olan təcrübəçi tələbələri, ümummilli liderin xarici ölkələrdə etdiyi çıxışlarını hər ölkənin öz dilində tərcümə edərək səsləndiriblər.

Sonda Təhsil 1 fakültəsinin dekanı prof. Fikrət Cahangirov, ADU-nun Elmi Kitabxana və İnformasiya Xidməti mərkəzinin direktoru Cəmilə Əliyeva, kafedra müdiri dos.S.X.Zamanova çıxış ediblər.