XƏBƏRLƏR

ADU-nun tələbələri Heydər Əliyev mərkəzinə ekskursiya ediblər

04 may, 2023

Azərbaycan Dillər Universitetində Təhsil-2 fakültəsinin təşkilatçılığı və İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının müəllimi Leyla Məmmədovanın təşəbbüsü ilə 125 b qrupunun tələbələri Ulu öndərin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.

Ekskursiya ərzində tələbələrə Heydər Əliyev Muzeyi barədə məlumat verilib. Dizaynı və burada tətbiq olunan yeni texnologiyaları ilə fərqlənən muzeydə tələbələr Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrləri ilə tanış olublar. Tələbələr həmçinin müasir avadanlıqlarla təchiz edilmiş zalda Heydər Əliyev haqqında çəkilən filmləri izləmək şansı əldə ediblər. Bununla yanaşı, onlar Heydər Əliyevin hərbi və mülki geyimləri, iş masası, şəxsi əşyaları, müxtəlif illərdə layiq görüldüyü orden və medallar, dünya ölkələrinin rəhbərləri tərəfindən aldığı hədiyyələr və s. eksponatlarla da tanış olublar.

Ekskursiya ərzində tələbələrə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti və təbiətinə aid eksponatlar nümayiş etdirilib. Tələbələr həm Azərbaycan dilində, həm də ingilis dilində sərgilənən eksponatların tarixi və memarlığı haqqında məlumatlar əldə ediblər.