XƏBƏRLƏR

ADU-da “Böyük nəslin dastanı: Zərifə xanım Əliyeva” adlı tədbir keçirilib

28 aprel, 2023

Aprelin 27-də Azərbaycan Dillər Universitetində Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru Zərifə Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə “Böyük nəslin dastanı:  Zərifə xanım Əliyeva” adlı  tədbir keçirilib. 

Tədbir Elmi kitabxana və informasiya xidməti mərkəzi, Tibbi biliklərin əsasları və Mülki müdafiə kafedrasının baş müəllimi Rəna Əhmədova və Təhsil 2 fakültəsinin  326a qrup tələbələrinin birgə təşkilatçılığı ilə keçirilib.

 Tələbələr- Aygül Hacızadə, Riyad İbayev və Şahin Hacıyev təqdimatla çıxış ediblər.

Aytəkin Əsgərova isə Mirvari Dilbazinin Zərifə Əliyevaya həsr olunmuş şerini səsləndirib.

Tədbirdə universitetin və kafedranın digər əməkdaşları da iştirak ediblər.