XƏBƏRLƏR

ADU-da “Azərbaycan Oxucuları” Kitab klubunun üzvləri ilə görüş keçirilib

26 aprel, 2023

Aprelin 20-də Azərbaycan Dillər Universitetində  “Azərbaycan Oxucuları” Kitab klubunun üzvləri ilə görüş keçirilib. 

Görüşdə Kitab klubu haqqında məlumat verilib, kitabsevər tələbələrə asudə vaxtlarını səmərəli keçirmək üçün kluba qoşulmaq təklifi olunub.

Kitab klubunun təsisçisi və icraçı direktoru Yasin Laçınlı "Azərbaycan Oxucuları"nın yaranması və görülmüş işlərlə bağlı tələbələrləri məlumatlandırıb.  

 "Biz kimik?" və "Məqsədimiz nədir?" sualları ətrafında fikir mübadiləsi aparılıb, gələcək planlar haqqında danışılıb.

Həmçinin gənclər arasında mütaliə vərdişlərinin aşılanmasının önəmi də qeyd olunub.

Görüş tələbələrin sualları ilə davam edib.