XƏBƏRLƏR

Qənimət İsbəndiyarovla ADU-nun jurnalistika ixtisasında təhsil alan tələbələrin görüşü keçirilib

19 aprel, 2023

 Azərbaycan Dillər Universitetində Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Günel Qəribovanın təşəbbüsü, Beynəlxalq jurnalistika şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin marketinq meneceri Qənimət İsbəndiyarovla jurnalistika ixtisasında təhsil alan III kurs tələbələri arasında görüş keçirilib.

 Q. İsbəndiyarov “Sosial medianın prinsipləri və media marketinq” mövzusunda tələbələrə təcrübəsini bölüşüb.

Həmçinin yeni medianın istiqamətləri və sosial mediadan düzgün istifadə qaydaları geniş müzakirə olunub.

Dərs prosesi interaktiv və qarşılıqlı fikir mübadiləsi fonunda aparılıb.

Sonda  Q. İsbəndiyarov tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıb.