XƏBƏRLƏR

ADU- nun bir qrup müəllim və tələbə heyəti fotosərgidə iştirak edib

19 aprel, 2023

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin Mərkəzi və Şərqi Avropaşünaslıq ixtisasının 178r, 371r, 177, 370-ci qrupların tələbələri və fakültənin nəzdində fəaliyyət göstərən Regionşünaslıq kafedrasının dosenti Nigar Hüseynova,  Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fialə Abdullayeva Macar mərkəzinin rəhbəri Anna Piko-nun dəvəti ilə aprelin 13-də Azərbaycan Memarlıq və İnşaat universitetində keçirilən, məşhur fotoqraf Aydın Sadıxovun “Macarıstanın tarixi və memarlıq mirası” adlı fotosərgisində iştirak ediblər.

 Tədbirdə tələbələr və müəllimlər Macarıstanın fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Tormanla görüşüb, region ölkələrinin mədəniyyəti, rəssamlığı, memarlıq və heykəltəraşlığı haqqında söhbət aparıblar.

 Fotoqraf Aydın Sadıxov çıxışında sərgilənən fotoların yaranması, aktuallığı və onlara olan maraq dairəsi haqqında qonaqlara  maraqlı məlumat verib.