XƏBƏRLƏR

ADU-da “TİPx 9:Sərhəddən kənarda” adlı konfrans keçirilib

31 mart, 2023

Azərbaycan Dillər Universitetində Əlavə təhsil, təcrübə və karyera şöbəsinin təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialı tərəfindən “Tələbə İnkişaf Platforması” (TİPx) çərçivəsində növbəti  “TİPx 9:Sərhəddən kənarda” adlı konfrans keçirilib.

 ADU-nun rektor müşaviri Anar Osmanlı və Agentliyin İdarə Heyəti sədrinin müavini Ülvi Abasquliyev əmək bazarına keçid etməyə hazırlaşan tələbələr, məzunlar və gənclər üçün yaradılan imkanlar barədə ətraflı məlumat veriblər.

Konfrans spikerlərinin “Dövlət  Proqramı çərçivəsində xaricdə təhsil”, “Beynəlxalq layihə və təqaüdlərin açdığı qapılar”, “Kim deyir ki,olmaz?” mövzusunda çıxışları iştirakçılar tərəfindən maraqla dinlənilib.

Konfransda 160-a yaxın tələbə, Agentliyin rəsmiləri və ekspertlər iştirak edib.

Sonda tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.