XƏBƏRLƏR

"Emerald" nəşriyyatı kitab və jurnallardan ödənişsiz istifadə imkanı təqdim edir

31 mart, 2023

Hörmətli həmkarlar,

ADU Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin Az.KİK ilə  əməkdaşlığı çərçivəsində 2023-cü il 03.31.2023 - 30.04.2023-cü il tarixindən etibarən bir ay sınaq müddətində "Emerald" nəşriyyatı kitab və jurnallardan ödənişsiz istifadə imkanı təqdim edir.

150-dən çox ölkədən tanınmış akademiklərin müəllifi olduğu 3300 elektron kitab və 300-dən çox jurnallardan oxucular yaralana biləcəklər.  Kitab və jurnal kolleksiyası idarəetmə və maliyyədən tutmuş kriminologiya və sosial mediaya qədər geniş mövzu sahələrini əhatə edir.

Sınaq müddətində “Emerald Group Publishing” nəşrlərinə-recurslarına aşağıdakı link vasitəsi ilə daxil ola bilərsiniz.

https://www.emerald.com/insight/