XƏBƏRLƏR

ADU-nun müəllimi tələbələri ilə birgə “Qadın və Uşaq” sığınacağında Novruz şənliyi keçirib

28 mart, 2023

 Azərbaycan Dillər Universitetinin  Təhsil- 2 fakültəsi  317b qrup tələbələrinin və Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının b/m Rəna Əhmədovanın təşəbbüsü və təşkilatçılığı ilə martın 18-də  “Qadın və Uşaq” sığınacağında Novruz bayramı münasibəti ilə şənlik keçirilib.

 Şənlikdə dəvət olunan animatorlar yüksək bayram əhval ruhiyyəsi yaradıb, müxtəlif oyunlar, yarışlar, viktorinalar təşkil ediblər.

R. Əhmədova tələbələri ilə birgə uşaqlarla rəqs ediblər.  Həmçinin onlar üçün bayram süfrəsi təşkil edərək, uşaqları hədiyyələrlə sevindiriblər.