XƏBƏRLƏR

ADU-nun Rusiyaşünaslıq Mərkəzinin rəhbəri beynəlxalq konfransda iştirak edib

17 mart, 2023

15 mart 2023-cü il tarixində Bakıdakı Rus Evində MDB üzv dövlətlərinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun  dəstəyi ilə “Birlikdə mədəniyyətlərarası kommunikasiyalar: nəsillərin dəyişməsi kontekstində əsas tendensiyalar” adlı beynəlxalq elmi-praktik konfranslar silsiləsinin birinci mərhələsi keçirilib.

Konfransda “Rossotrudniçestvo” nun Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov, “Şimal-Cənub” Politologiya Mərkəzinin rəhbəri Anjelika Trapeznikova, A.İ.Herzen adına Rusiya dövlət universitetinin rektoru  Sergey Tarasov, Azərbaycan Dillər Universitetinin Rusiyaşünaslıq Mərkəzinin rəhbəri Diana Hüseynzadə çıxış ediblər.

    Mövzusu mədəni-maarif məkanında inkişaf üçün perspektivli vasitələrin müzakirəsi olan birinci suallar blokunu A. I. Herzen adına RDPU-nin Filologiya fakültəsinin rus dili kafedrasının müdiri Valeriy Yefremov açıb.

Konfransın bu bloku çərçivəsində Rusiyaşünaslıq Mərkəzinin elmi işçisi Sergey Klimov “Rusiyaşünaslıq  Mərkəzinin Azərbaycan və Rusiya arasında humanitar əlaqələrin inkişafında rolu” mövzusunda məruzə ilə çıxış edib.

    “Rus dili müasir media məkanında effektiv ünsiyyət vasitəsi kimi” adlı ikinci bölmənin işində Rusiyaşünaslıq Mərkəzinin aparıcı elmi işçisi Nayıbova Tamilla “Müasir Azərbaycanda rus dilinin rolu” mövzusunda məruzə ilə çıxış edib.   

  Konfransda Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin tələbələri də iştirak ediblər.

      Tədbir ekspert müzakirə nəticələrinin yekunlaşdırılması ilə başa çatıb.