XƏBƏRLƏR

“HEYDƏR ƏLİYEV VƏ TÜRK DÖVLƏTLƏRİ İLƏ ƏLAQƏLƏRİN İSTİQAMƏTLƏRİ” adlı tələbə-şagird elmi konfransı keçiriləcək

16 mart, 2023

Azərbaycan Dillər Universitetinin təşkilatçılığı ilə 02 may 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “HEYDƏR ƏLİYEV VƏ TÜRK DÖVLƏTLƏRİ İLƏ ƏLAQƏLƏRİN İSTİQAMƏTLƏRİ” adlı tələbə-şagird elmi konfransı keçiriləcəkdir.

Müxtəlif təhsil pillələrinin nümayəndələrinin iştirak edə biləcəyi konfransın özəlliyi ondan ibarətdir ki, konfransa qatılmaq arzusunda olan şagirdlərə müəllimlərlə yanaşı, ADU-nun tələbələri də rəhbərlik edə bilər

Konfrans aşağıdakı bölmələr üzrə keçirilir:

Filologiya
Pedaqogika. Psixologiya
Siyasi elmlər
Tarix. Fəlsəfə

Konfransın işçi dilləri: Azərbaycan, İngilis, Rus

Tezisin tərtibi qaydaları və strukturu:

Format: A4; Şrift: Times New Roman; Ölçü: 14 pt; İnterval: 1,5; Abzas: 1,0 sm;
Boşluq: sol tərəfdən 3,0 sm, sağ tərəfdən 1,0 sm, üst və alt tərəflərdən 2,0 sm;

Tezisin adı – böyük hərflərlə qalın şriftlə ortada (birinci sətir);
Müəllifin soyadı, adı, ata adı – kursiv qalın şriftlə ortada (ikinci sətir);
Elmi rəhbərin elmi dərəcəsi, elmi adı, soyadı, adı, ata adı – kursiv qalın şriftlə ortada (üçüncü sətir);
Ali təhsil müəssisəsi, lisey və ya orta məktəbin və şəhərin adı – kursiv qalın şriftlə ortada (dördüncü sətir);
Tezisin mətni – 2 səhifəyə qədər;
İstifadə olunan ədəbiyyat siyahısı tezisin sonunda, əlifba sırası ilə və nömrələnməklə verilir;
Mətndə ədəbiyyata istinad kvadrat mötərizədə nömrə və səhifə göstərilməklə verilir (məs.: [1, s.25]).
Plagiat yolverilməzdir.

Mühüm tarixlər:

Tezislərin son göndərilmə tarixi: 05 aprel 2023-cü il       
Tezisin qəbul olunması haqqında son məlumatlandırma tarixi: 20 aprel 2023-cü il

Konfransın keçirilmə formatı: əyani və onlayn (əlavə məlumat veriləcək)

Qeyd: Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən tezislər qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə izahat verilməyəcək. Tezisə görə bütün məsuliyyəti müəllif və elmi rəhbər daşıyır.

Tezislərin çap edilmiş, elmi rəhbər tərəfindən imzalanmaqla təsdiq olunmuş nüsxəsi və elektron versiyası “Azərbaycan Dillər Universiteti” Publik Hüquqi Şəxsə təqdim edilməlidir.

AZ 1014, Bakı şəhəri, Rəşid Behbudov küçəsi 134,

“Azərbaycan Dillər Universiteti” Publik Hüquqi Şəxsin əsas binası,

Tələbə Elmi Cəmiyyəti (otaq 406),

Əlaqə nömrələri: +994124412231; +994124413182,

E-ünvan: [email protected]