XƏBƏRLƏR

USAID-in missiya direktoru Kamal Abdullaya təşəkkür məktubu göndərib

14 mart, 2023

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Maykl Nirbas Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullaya təşəkkür məktubu ünvanlayıb. Məktubda deyilir: 

“Əziz rektor Kamal Abdulla!

Universitetinizə ziyarətim zamanı məni qəbul etdiyiniz üçün sizə təşəkkür edirəm. Sizin və əməkdaşlarınızın mənə ayırdığınız vaxtı çox yüksək qiymətləndirirəm.

USAİD  təşkilatı Azərbaycanda insan kapitalına və təhsilə dəstək göstərməklə  Azərbaycanın ümumi inkşafına və çiçəklənməsinə  yardım etməkdə davam edir. Universitetinizdə fəaliyyət göstərən Bakı Amerika Mərkəzi və Jurnalistika ixtisasının uğurlu işi haqqında məlumatlanmaqdan, USAİD Azərbaycanla ADU arasında mümkün gələcək əməkdaşlığın müzakirəsindən  xeyli dərəcədə məmnun qaldım. Bu bizim jurnalistika və media savadlılığı sahəsində həyata keçəcək, ADU tələbələrinin və işçilərinin yararlana biləcəyi əməkdaşlıq üçün çox uğurlu bir başlanğıc oldu.

Eyni zamanda fürsətdən istifadə edib məni səfir klubunda çıxış etmək üçün dəvət etdiyiniz üçün də sizə minnətdarlığımı bildirirəm.

Kollektiviniz və tələbələriniz qarşısında USAİD-in fəaliyyəti ilə bağlı danışmağı səbirsizliklə gözləyirəm.

ABŞ hökuməti və USAİD Azərbaycan adından icazə verin bir daha bizə göstərdiyiniz dəstəyə görə sizə təşəkkürümü ifadə edim”.