XƏBƏRLƏR

ADU-da Gənc Xarici Dil Müəllimləri Birliyinin sədri ilə görüş keçirilib

13 mart, 2023

Azərbaycan Dillər Universitetində Gənc Xarici Dil Müəllimləri Birliyi tərəfindən universitetin xarici dil müəllimliyi üzrə təhsil alan tələbələri ilə görüş keçirilib.

Görüşdə Gənc Xarici Dil Müəllimləri Birliyinin sədri Günay Əkbərova birliyin 2023-cü il istiqamətlərindən, müxtəlif universitetlərdə təhsil alan və müxtəlif bölgələrdə yaşayan innovativ müəllimlərin aşkara çıxarılması, xarici dil üzrə beynəlxalq kurslardan keçirilməsinin və beynəlxalq sertifikatların əldə edilməsinin əhəmiyyətindən danışıb.

Təqdimat zamanı gənc xarici dil müəllimlərində bu sahədə magistratura və doktorantura təhsilinə maraq yaradaraq inkişaflarına dəstək olmaq, gələcək gənc xarici dil müəllimlərinə yeni vəsaitlərlə işləmə qaydalarını öyrətmək və perspektiv planlaşdırma ilə təmin olunması istiqamətləri də vurğlanıb.

Görüşün sonunda G. Əkbərova tələbələrə müəllifi olduğu kitablardan hədiyyə verib.