XƏBƏRLƏR

Skandinaviya mərkəzi İsveç dilinin tədrisinə başlayır - ELAN

13 mart, 2023

Hörmətli tələbələr, müəllimlər və universitetimizin əməkdaşları!

ADU-nun Skandinaviya mərkəzinin Swedish Online (https://onlineswedish.org/) platforması ilə əməkdaşlığı nəticəsində İsveç dilinin tədrisinə başlayacağıq. İsveç dili kursu yalnız universitetimizin tələbə, müəllim və əmkədaşları üçün nəzərdə tutulur.

Dərslər isveçli mütəxəssislər tərəfindən online şəkildə aparılacaq. Bu kurs İsveç dilinin bütün səviyyələrini əhatə edəcək və hər bir səviyyə beş həftəlik müddət ərzində davam edəcək. Qeyd edək ki, kurs və kurs materialları tam ödənişsizdir. Bundan əlavə, dil biliklərini möhkəmləndirmək məqsədilə danışıq sessiyaları da tədris prosesinə əlavə olunacaq.

Sonda kursu bitirənlərə sertifikat təqdim olunacaq. Nəzərinizə çatdıraq ki, bu kurs Swedex, TISUS, YKI (Finlandiya) kimi beynəlxalq  testlərə hazırlıq səviyyəsində keçiriləcək.

Əlavə məlumat üçün Skandinavya mərkəzinin rəhbəri Vüsalə Əfəndiyeva ilə aşağıdakı email vasitəsilə əlaqə saxlaya bilərsiniz.

E-mail: [email protected]