XƏBƏRLƏR

İnklüziv Təhsil Mərkəzində təlim keçiriləcək

13 mart, 2023

Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində sahə üzrə inkişafın təmin edilməsi məqsədilə "Xüsusi uşaqlar - xüsusi yanaşmalar" adlı ikimodullu təlim keçiriləcəkdir.

Təlimin ADU-nun İnklüziv Təhsil Mərkəzinin rəhbəri dos.N.Zeynalova ilə Nitq İnkişaf Mərkəzinin rəhbəri defektoloq-loqoped Esmira Kazımova arasındakı razılaşmaya əsasən reallaşdırılması nəzərdə tutulub.

Təlimin sonunda iştirakçılara Azərbaycan Dillər Universiteti tərəfindən təsdiqlənmiş sertifikat təqdim ediləcəkdir.

"Xüsusi uşaqlar - xüsusi yanaşmalar" adlı təlim iki modul üzrə keçiriləcəkdir:

1-ci modul üzrə
• Xüsusi təhsil milli və beynəlxalq müstəvidə
• Xüsusi təhsildə tədris olunan fənlər və onların metodikası
• Nitq qüsurları və loqopedik yoxlanış

2-ci modul üzrə
• İnklüziv təhsil milli və beynəlxalq müstəvidə
• Uşaqlarda fiziki inkişaf göstəriciləri
• Görmə məhdudiyyətli uşaqlarla korreksiya işi

Yerlər məhduddur.

Təlim ödənişli əsaslarla təşkil olunacaqdır.

Təlimə qatılmaq üçün öncədən qeydiyyatdan keçmək mütləqdir.

Təlim Azərbaycan Dillər Universitetinin 2 saylı tədris binası, Təbriz küçəsi 81 ünvanında keçiriləcəkdir.

✅ Xüsusi təhsilə marağı olan hər kəs seminara qatıla bilər.
✅ 16 və 18 mart saat 14:00-18:00-da sizi gözləyirik.
✅ Universitet tərəfindən təsdiqlənmiş sertifikat təqdim olunacaq.
✅Material ödənişə daxildir.