XƏBƏRLƏR

ADU-nun əməkdaşları şəhid ailəsini ziyarət ediblər

10 mart, 2023

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq  Münasibətlər və Regionşünaslıq fakültəsi,  Magistratura şöbəsi, Filologiya  və jurnalistika fakültəsi nəzdindəki İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının əməkdaşları universitetin Beynəlxalq Münasibətlər fakültəsinin məzunu, şəhid Elvin Bayramovun ailəsini ziyarət ediblər.

Onlar, şəhid Elvin Bayramovun ailə üzvlərini 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibəti ilə təbrik ediblər.