XƏBƏRLƏR

Abituriyentlər ADU ilə tanış olublar

10 mart, 2023

 Şamaxı şəhərində yerləşən Şamaxı Hazırlıq Mərkəzinin abituriyentləri Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olublar.

 Mərkəzin direktoru Abbasqulu Bayramovun təşəbbüsü ilə təşkil olunan görüşdə Ağsu, Şamaxı, Qobustan və İsmayıllı rayonlarından olan 40 abituriyent iştirak edib.

Onlar ADU-da fəaliyyət göstərən mərkəzərdə olub, universitetin əməkdaşları tərəfindən tədris olunan ixtisaslar barədə ətraflı məlumat alıblar.

Abituriyentlər əldə etdikləri məlumatlardan məmnun qaldıqlarını bildirib, ADU-nun tələbəsi olmağı arzulayıblar.