XƏBƏRLƏR

ADU-da elmi-praktiki seminar keçirilib

10 mart, 2023

Azərbaycan Dillər Universitetində (ADU) Təhsil -2 fakültəsi nəzdində Psixologiya kafedrasının təşkilatçılığı ilə “Heydər Əliyev və dil siyasəti” adlı elmi-praktiki seminar keçirilib.

Seminar Ulu öndər Heydər Əliyevin Azərbaycan dili ilə bağlı kəlamlarından ibarət vidoçarxın nümayiş ilə başlayıb.

 Təhsil 2 fakültəsi dekanı, dosent Salman Nuriyev Heydər Əliyevin Azərbaycan dilinin inkişafında göstərdiyi müstəsna xidmətlərindən söz açıb.

Adıçəkilən kafedranın dosentləri-  A. Quliyev və C. Alıyev Azərbaycan dilinin dövlət dili elan olnumasında Heydər Əliyevin rolundan, bu sahədə apardığı dil siyasətindən danışıblar.

 Kafedranın baş müəllimi H. Zeynalova və müəllim Ə. Qubadova Heydər Əliyevin Azərbaycan dilinin inkişafı və təkmilləşdirilməsi ilə bağlı qəbul etdiyi qanun və fərmanlardan bəhs ediblər.

Sonda rektor məsləhətçisi Anar Osmanlı çıxışında tədbirin böyük əhəmiyyətə malik olduğunu bildirib.