XƏBƏRLƏR

ADU-da elmi-praktik seminar keçirilib

10 mart, 2023

Azərbaycan Dillər Universitetində Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsi  nəzdində Beynəlxalq münasibətlər kafedrası təşkilatçılığı ilə  Elm və Təhsil Nazirliyi tərəfindən tövsiyə olunmuş “Novruz mühazirələri” çərçivəsində “Xarici çağırışlar fonunda Azərbaycan tarixinə baxış (XVII-XXI əsrlər)” adlı elmi-praktik seminar keçirilib.

Elmi-praktik seminarın  moderatoru Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Aida Yusifzadə  Cənubi Qafqazın müasir geosiyasi vəziyyəti və  Azərbaycanın artan siyasi nüfuzu haqqında  məlumat verib.

Qonaq-  Qafqaz Tarixi Mərkəzinin direktoru, tarixçi, hərbi ekspert Rizvan Hüseynov çıxışında XVIII əsrin ortalarından başlayaraq, Avropa dövlətlərinin Osmanlı imperatorluğuna qarşı mübarizədə Şərqi-kiçik xristian xalqlarından istifadə etmək strategiyasının formalaşdırılması və sosial-psixoloji xüsusiyyətlərinə görə satqınlığa meyilli olmaqları nəzərə alınaraq, ermənilərin bu strategiyanın həyata keçirilməsində əsas vasitə kimi seçilməsindən söz açıb. R. Hüseynov bildirib ki, Azərbaycan xalqının döyüşkən ruhu və müstəqillik əzmi  imkan verdi ki, cəmi 20-30 il ərzində qüvvəsini toplayıb, Qərb-erməni tandeminin 300 illik strategiyasını cəmi 44 günə darmadağın etsin.

Regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyeva, dekan müavini Əli Məmmədov, kafedranın müəllimi, dosent Namiq Kərimov mövzu ilə bağlı fikirlərini bildiriblər.

Seminar məruzələr ətrafında müzakirələrlə davam edib.