XƏBƏRLƏR

ADU-nun tələbələri ağacəkmə aksiyasında iştirak ediblər

09 mart, 2023

Azərbaycan Dillər Universitetinin  tələbələri "Heydər Əliyev İli" çərçivəsində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Sabunçu rayonu ərazisində keçirilən ağacəkmə aksiyasında iştirak ediblər.

Bildirək ki, aksiyanın təşkil edilməsində əsas məqsəd Azərbaycanda ətraf mühitin və meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək və ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək, ümumilikdə ətraf mühitin qorunması hissini aşılamaq və ekoloji problemlərə qarşı mübarizəyə səsləməkdir.

Aksiya zamanı sözügedən ərazidə 500-dən çox Eldar şamı əkilib və ərazidə olan 2000-dən artıq ağaca qulluq göstərilib.