XƏBƏRLƏR

ADU-nun əməkdaşları Avrasiya Ali Təhsil Zirvə görüşündə iştirak ediblər

08 mart, 2023

ADU-nun İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının (FF) müəllimləri Afaq Eminli və Nərmin Mustafayeva 1-3 mart tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən VIII EURIE-Avrasiya Ali Təhsil Zirvə görüşündə iştirak ediblər. Məqsədi elm və təhsil mübadiləsi olan Avrasiya Ali Təhsil Zirvəsində 70-dən çox universitetin əməkdaşları, rektor və təhsil işçiləri qitələrarası əməkdaşlığı və müasir ali təhsil sistemində mövcud olan problemləri və onların innovativ həlli yollarını müzakirə ediblər.

ABŞ, Fransa, Ukrayna, Rusiya və digər ölkələrin universitetləri içərisində Azərbaycan Dillər Universitetinin tanıtımı aparılıb, xüsusi güşə açılıb və əlaqələr yaratmaq üçün mühüm fəaliyyət planı həyata keçirilib.

Universitetimizin müəllimləri Afaq Eminli və Nərmin Mustafayeva bir çox universitetlərdən həm müəllim, həm də tələbə mübadiləsi proqramları ilə bağlı təkliflər, eləcə də Marmara Universiteti tərəfindən Erasmus KA171 proyektində iştirak etmək təklifi alıblar.

Tədbir və müzakirələr daxilində EURIE&EURAS-ın rəhbəri Dos.DR.Mustafa Aydın universitetimizin müəllimləri ilə görüşüb, proqramın irəli sürdüyü təklifləri bir daha diqqətə çatdırıb və birlikdə xatirə şəkli çəkilib.