XƏBƏRLƏR

ADU-nun komandası şahmat və dama üzrə yarışlarda iştirak edib

06 mart, 2023

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş XV Respublika Universiadasında Azərbaycan Dillər Universitetinin (ADU) tələbələrdən ibarət komandası şahmat və dama üzrə yarışlarda iştirak edib.

Gənclər və İdman, Elm və Təhsil nazirliklərinin dəstəyi, “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə hər il keçirilən universiadanın məqsədi tələbələr arasında bədən tərbiyəsi və idmanın təşviqidir.