XƏBƏRLƏR

“İdman həftəsi” çərçivəsində tələbələr arasında idman oyunu keçirilib

06 mart, 2023

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin 5 Mart - Bədən tərbiyəsi və İdman Gününə həsr olunmuş “İdman həftəsi” layihəsi çərçivəsində tələbələr arasında şən startlar əyləncəli idman oyunu keçirilib. Keçirilən estafet yarışlarında, ali məktəb tələbələri arasında Azərbaycan Dillər Universitetinin komandası da iştirak edib.