XƏBƏRLƏR

ADU-nun professoru “Türk Dünyasında İlin Adamı” Beynəlxalq diplomuna layiq görülüb

03 mart, 2023

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə akademiyanın hər il ənənəvi olaraq keçirdiyi beynəlxalq elmi simpozium bu il  Türk dünyasının görkəmli dilçi alimi, akademiyanın həqiqi üzvü və çoxsaylı beynəlxalq mükafatları laureatı, professor Fərman Zeynalovun şərəfinə keçirilib.

Professor F. Zeynalov 2022-ci ilin elmi nəticələrinə görə Rəyasət Heyəti tərəfindən “Türk Dünyasında İlin Adamı”  Beynəlxalq diplomuna layiq görülüb.  Simpoziumun elmi əsərlər toplusunda professor F. Zeynalovun fotomateriallarla əhatə olunmuş geniş tərcümeyi-halı verilib.

Eyni zamanda toplunun bioloji bölümü F. Zeynalovun inglis dilində verilmiş məqaləsi ilə başlayır. Simpoziumun materiallar toplusu dünyanın 30-dan çox ölkəsinin elmi təşkilatlarına göndərilir.

Qeyd edək ki, professor F. Zeynalovun “İnsan dilinin universal xüsusiyyətlərinin təbii hadisələr işığında” adlı ingilis dilində məqaləsində dilin təbii sistemlərlə, o cümlədən geoloji (kristallar), bioloji(genetik kod) və s. bir çox parametrlərdə izomorf olduğundan, dilin aspektlərinin (fonetik-fonoloji, qrammatik-leksik) təbiətdən gələn fiziki korrelyatlara malik olmasından bəhs edilir.