XƏBƏRLƏR

ADU-da Maslenitsa bayramı keçiriləcək

01 mart, 2023

Martın 3-də ADU-da “Rusiyaşünaslıq Mərkəzi” Elmi Tədqiqat Laboratoriyasın təşkilatçılığı, Sankt-Peterburqdan olan nümayəndə heyətinin iştirakı ilə Maslenitsa bayramı keçiriləcək.

Maslenitsa slavyan xalqlarının qədim adəti olan qış fəslinin yola salınması və yazın gəlməsini tərənnüm edir.

Proqramda nəzərdə tutulan görüşlərin bir qismi Azərbaycan Dillər Universitetində, digər qismi isə Azərbaycanın müxtəlif elm və mədəniyyət ocaqlarında keçiriləcək.

Nümayəndə heyəti Maslenitsa bayramının ənənəsi, tarixi və adətlərlə bağlı çıxışlar edəcək, həmçinin rus incəsənətinin incəlikləri haqqında master-klasslar keçəcəklər.

Görüş ADU-nun müəllim və tələbə heyəti üçün açıq olacaq.