XƏBƏRLƏR

Dörd dildə nəşr olunan “Xocalı şahidləri danışır” kitabı təqdim olunub

01 mart, 2023

Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsinin German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası və Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının müəllim və tələbə heyətinin 4 dilə (ispan, fransız, alman, italyan dilləri) tərcümə etdiyi, müəllifi İradə Əlilinin olduğu “Xocalı şahidləri danışır” adlı kitabın təqdimatı keçirilib. 

Təqdimatda Xocalı faciəsinin şahidləri, Azərbaycan Dillər Universitetinin rəhbərliyi, tərcümədə iştirak edən tələbə və müəllim heyəti iştirak edib.