ADU-da “Azərbaycanın uğurlu xarici siyasətinin həyata keçirilməsində Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik seminar keçirilib

Fevralın 22-də Azərbaycan Dillər Universitetində Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin təşkilatçılığı ilə “Azərbaycanın uğurlu xarici siyasətinin həyata keçirilməsində Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik seminar keçirilib.
Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi dekanı prof. İbrahim Kazımbəyli Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı keçirilən silsilə tədbirlərin əhəmiyyətindən danışıb, Heydər Əliyevin Azərbaycanın xarici siyasətindəki yeri, beynəlxalq təşkilatlarla qurduğu münasibətləri haqqında məlumat verib.
Beynəlxalq münasibətlər kafedrasının dosenti Samirə İmanova Ümummilli lider Heydər Əliyevin dövründə xarici siyasətin prinsipləri, prioritetləri və istiqamətləri barədə söz açıb. Azərbaycanın Qərb, qonşu dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələrinin yaradılması, inkişafı və Azərbaycanın neft strategiyası barəsində çıxış edib. Tədbir dos. S. İmanovanın çıxışı ətrafında müzakirə ilə davam edib.
Çıxış ətrafında danışan ADU-nun Elm və innovasiyalar üzrə prorektoru prof. Novruz Məmmədov Ümummilli lider Heydər Əliyevlə birlikdə getdiyi xarici səfərlərdən söz açıb, uluöndərlə olan xatirələrini bölüşüb.
ADU-nun Tədris məsələləri üzrə prorektoru prof. Sevinc Zeynalova bu günki tədbirlərin əhəmiyyətini vurğulayıb, onların interaktiv formada keçirilməsini məqsədəuyğun hesab edib.
Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekan müavini Əli Məmmədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi istiqamətində Heydər Əliyevin rolu ilə bağlı fikirlərini bölüşüb.





