XƏBƏRLƏR

“Şuşa Azərbaycan mədəniyyətinin beşiyidir” mövzusunda esse müsabiqəsi keçirilib

11 fevral, 2023

Azərbaycan Dillər Universitetində Təlimdə innovasiyalar kafedrası və Akademik yazı və oxu mərkəzinin təşəbbüsü ilə Təhsil 1, Təhsil 2 və Tərcümə fakültələrinin tələbələri arasında “Şuşa Azərbaycan mədəniyyətinin beşiyidir” mövzusunda esse müsabiqəsi keçirilib.

Şuşa ili çərçivəsində keçirilən müsabiqə iki mərhələdən ibarət olub. Qalib tələbələr sertifikat və hədiyyələrlə mükafatlandırılıb.

Müsabiqənin sonunda Akademik yazı və oxu mərkəzinin baş mütəxəssisi fil.f.d. Sevil Qurbanova tələbələr arasında keçirilən esse müsabiqəsinin nəticələrindən danışıb.

 Çıxışı zamanı o, yazıların dil və üslub xüsusiyyətləri, məzmun rəngarəngliyi, bədii təsvir vasitələrindən düzgün istifadə, mövzuların əhatəliliyi kimi məqamlara toxunub,  yazılarda rast gəlinən xarakterik səhvləri diqqətə çatdırıb, tələbələrə bu istiqamətdə müvafiq tövsiyələr verib.

Tədbirdə fakültə dekanları prof. Fikrət Cahangirov, dos. Salman Nuriyev də iştirak edib.