XƏBƏRLƏR

ADU-da Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara yardım aksiyasına başlanılır

09 fevral, 2023

Əziz tələbələr, Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatının(TGT) təşəbbüsü ilə Türkiyədə zəlzələdən zərərçəkmiş insanlara yardım aksiyasına başlanılır!

Qardaş ölkə Türkiyədə olan vəziyyəti nəzərə alaraq, bu aksiyanı keçirməyi Vətən borcu bilirik.

Yardım paketlərinə daxil ola bilər:

Gödəkçə, şalvar, əlcək, corab;
Yataq, yorğan, döşək;
Əl fənəri, powerbank və s.

Həftə içi hər gün saat 09:00-17:00 aralığında Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatının otağına yaxınlaşaraq yardım paketlərini təqdim edə bilərsiniz.

Əlaqə nömrəsi:

+994 55 318 89 23

+994 55 790 78 78