XƏBƏRLƏR

Tələbələrin nəzərinə! - ELAN

30 yanvar, 2023

Tələbələrin nəzərinə!

2022-2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası üzrə 25 % (təkrar imtahan) qeydiyyat prosesi aşağıdakı tarixlərdə müvafiq fakültələr üzrə aparılacaq.

Xatırladırıq ki, tələbələr cari semestr (I, III, V, VI semestr) üzrə  yalnız  2(iki) fəndən qeydiyyatdan keçə bilərlər. Tələbələr qeydiyyat şöbəsinə yaxınlaşmadan öncə müvafiq dekanlıqlarda qeydiyyatdan keçəcəyi fənnin giriş balının qeyd olunduğu ərizə gətirməlidir.

Təhsil 1 və Təhsil 2 fakültələri – 01, 02  fevral 2023-ci il

Filologiya fakültəsi – 01, 02  fevral 2023-ci il

RBM fakültəsi- 02, 03 ferval 2023-ci il

Tərcümə fakültəsi- 01, 02  fevral 2023-ci il

Magistratura fakültəsi- 01, 02 fevral 2023-ci il

 Qeydiyyat prosesi yuxarıda göstərilən tarixlərdə səhər saat 10:00-dan axşam saat 17:00-yə qədər aparılacaq. 13:00-14:00  (nahar fasiləsi istisna olmaqla)

Tələbə qeydiyyatı və biliyin qiymətləndirilməsi şöbəsi