XƏBƏRLƏR

İnklüziv Təhsil Mərkəzində "Açıq qapı" günü keçiriləcək

09 yanvar, 2023

Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində sahə üzrə inkişafın təmin edilməsi məqsədilə 16 fevral 2023-cü il tarixində saat 14:00-da "açıq qapı" keçiriləcəkdir.

Qonaqlar ali təhsil müəssisəsindəki yeniliklərlə, o cümlədən İnklüziv Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olacaq, Nitq İnkişafı Mərkəzinin rəhbəri loqoped Esmira Kazımovanın spikerliyi ilə "Uşaqlarda nitq problemləri və korreksiya yolları" adlı seminarda iştirak edəcəklər.

Qatılmaq istəyən hər kəs dəvətlidir.

Ünvan: Azərbaycan Dillər Universitetinin 2 saylı tədris binası, Təbriz küçəsi 81.