XƏBƏRLƏR

ADU-nun Rusiyaşünaslıq Mərkəzinin rəhbəri mükafatlandırılıb

09 yanvar, 2023

Bakıda Rus Evinin 2022-ci ildəki fəaliyyətinin və əməkdaşlığının yekunlarına həsr olunmuş təntənəli tədbir keçirilib.

ADU-nun Rusiyaşünaslıq Mərkəzinin rəhbəri Diana Nikolaevna Hüseynzadə 2022-ci ildə gənclərin  layihələrinin həyata keçirilməsində fəal iştirakına görə mükafatlandırılıb. Mərasimdə ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin tələbələri və mərkəzin əməkdaşları iştirak ediblər.

Həmçinin Azərbaycan Rus Gəncləri Assosiasiyası, “Yaşlek” Tatar Gənclər Mərkəzi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının “Gənclərə dəstək” layihəsi və başqaları da mükafata layiq görülüblər.

Tədbir bayram konserti ilə davam edib.