XƏBƏRLƏR

ADU-da Elmi Şuranın 2022-ci ildə sonuncu iclası keçirilib

29 dekabr, 2022

Dekabrın 28-də  Azərbaycan Dillər Universitetində ilin yekunları ilə bağlı Elmi Şuranın sonuncu iclası keçirilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla universitet kollektini yeni il münasibətilə təbrik edib, universitet əməkdaşlarına can sağlığı və uğurlar arzu edib.

Qeyd olunub ki, Azərbaycan Dillər Universiteti qarşıya qoyulan məqsəd və hədəflərə inamla çatıb və yeni tədris ilinə hazırlıq işləri yüksək səviyyədə təşkil olunub. 

ADU-nun Tədris şöbəsinin müdiri Şəfəq Şahməmmədova qış imtahan sessiyasına hazırlıq işləri barədə danışıb. İmtahanların obyektiv və şəffaf  keçirilməsi üçün yaradılan komissiyanın fəaliyyəti barədə məlumat verilib, qəbul olunan qərarların əhəmiyyəindən söz açılıb.

Beynəlxalq şöbənin müdiri Fialə Abdullayeva  ADU-da təhsil alan xarici tələbələrlə bağlı məlumat verib. Qeyd olunub ki, ADU-da dünyanın bir sıra xarici ölkələrindən olan tələbələr təhsil alır, onlara tədris və təhsillə bağlı əlverişli imkanlar yaradılıb. Perspektivlər və qarşıda duran məsələlərə toxunan F.Abdullayeva tələbə-müəllim mübadiləsinin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, beynəlxalq münasibətlərin qurulmasında və əməkdaşlıq platformasının genişləndirilməsində müəllim-tələbə mübadiləsi olduqca vacib amillərdəndir.

ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova tələbələrin beynəlxalq müstəvidə elmi və təhsil imkanlarından söhbət açıb, yaradılan şəraitə və imkanalara görə rektora təşəkkürünü bildirib. Qeyd olunub ki, tələbələr Erasmus proqramı çərçivəsində bir sıra yerli və beynəlxalq layihələrdə uğurla iştirak ediblər və  tələbələrə sertifikatlar təqdim olunub.

Bildirilib ki, bu kimi tədbirlərin növbəti il ərzində də həyata keçirilməsi qarşıda duran əsas vəzifələrdən hesab olunur.

Elmi şura təkliflərin və qərarların müzakirəsi və qəbul olunması ilə yekunlaşıb.