XƏBƏRLƏR

“İstiqlal şairi” mövzusunda tədbir keçirilib

15 dekabr, 2022

14 dekabr 2022-ci il tarixində Filologiya fakültəsi nəzdində fəaliyyət göstərən Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Əhməd Cavadın 130 illiyinə həsr olunmuş “İstiqlal şairi” mövzusunda tədbir keçirilib. Tədbirin əvvəlində kafedranın baş müəllimi f.f.d. Mehriban Mövlamovanın Əhməd Cavadla bağlı hazırladığı video-çarx nümayiş etdirilib.

Tədbiri Azərbaycan ədəbiyyatı kafedrasının müdiri akademik  Muxtar İmanov giriş sözü ilə açıb.

Tədbirdə AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin böyük elmi işçisi f.f.d. Göyərçin Abidqızı “Millətin haqq bağıran səsi”, Azərbaycan  ədəbiyyatı kafedrasının müəllimi Heyran Amanova “Əhməd Cavad repressiya qurbanlarından biri kimi”, Magistratura şöbəsinin II kurs magistrantı Deniz Ece “İstiqlal şairi - Əhməd Cavad”, Filologiya fakültəsinin I kurs tələbəsi Aynur Bəşirzadə “Əhməd Cavadın “Nə yazım” şeirinin rus dilinə tərcüməsi”, IV kurs tələbəsi Dürdanə Amanova “Şanlı Vətənin qəhrəman oğlu- Əhməd Cavad” mövzularında çıxış ediblər.

Sonda isə II kurs magistrantı Rüfət Qarayev “Çırpınırdı Qara dəniz” mahnısını ifa edib.