XƏBƏRLƏR

ADU-da Əhməd Cavadın 130 illiyinə həsr olunmuş dəyirmi masa və kitab sərgisi keçirilib

08 dekabr, 2022

Azərbaycan Dillər Universitetində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istiqlal sevdalısı,  tanınmış maarifçi və ictimai xadim  Əhməd Cavadın 130 illiyinə həsr olunmuş dəyirmi masa  və kitab sərgisi keçirilib.

Tədbir sözləri Əhməd Cavada, musiqisi dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə məxsus olan Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Təhsil 1 fakültəsi nəzdində İngilis dilinin fonetikası kafedrası ilə  Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin birgə təşkilatçılığıyla keçirilən dəyirmi masada  kafedranın əməkdaşları, ADU rektor məsləhətçisi Anar Osmalı, Təhsil1 fakültəsinin dekanı Fikrət Cahangirov, kafedra müdirləri-  professor Fərman Zeynalov, professor Arif Hüseynov, professor Məsməxanım Qazıyeva, dosent  Xuraman Əsgərova, dosent Günay Şirəliyeva, dosent Şəlalə Babayeva, oxu zalı bölmə müdiri Gülzar Məmmədova çıxışlarında Əhməd Cavadın həyatı, ədəbi yaradıcılığı, ictimai-siyasi fəaliyyətindən danışıblar.

Tədbirdə tələbələrin iştirakı ilə hazırlanan, xalqımızın müstəqillik ideallarına bütün həyatı boyu sadiq qalan Əhməd Cavadın  həyat və yaradıcılığını əks etdirən videoçarx izlənilib.

Qeyd edək ki, sözügedən tədbir Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2022-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil olunub.