XƏBƏRLƏR

Azərbaycan Dillər Universitetində Çin dili üzrə ixtisas imtahanları keçirilib

08 dekabr, 2022

Çin dili üzrə rəsmi sınaq mərkəzi olan, Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda 2022-ci ildə Çin dili növbəti “Hanyu Shuiping Kaoshi” (HSK) və “Hanyu Shuiping Kouyu Kaoshi” (HSKK) imtahanları keçirilib. İmtahanlarda ADU-nun və digər ali təhsil ocaqlarının tələbələri, həmçinin Konfutsi İnstitutunun dinləyiciləri iştirak ediblər. İmtahanqabağı məsləhətləşmələr zamanı Konfutsi İnstitutunun müəllimləri iştirakçıları Çin dili imtahanlarının məzmunu, dinləmə, oxu texnikası, qrammatik strukturlar, sözlərin və heroqliflərin əsas yazılış qaydaları və bilikləri sahəsində qoyulan tələblər ilə tanış ediblər.

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov vurğulayıb ki, HSK, HSKK imtahanlarının müvəffəqiyyətlə keçirilməsi və beynəlxalq sertifikatların alınması iştirakçılar üçün Çin Xalq Respublikasında təqaüdlə təhsil almağa, eləcə də bu ölkənin şirkətlərində məşğulluq imtiyazlarına imkan yaradır. Azərbaycanda Çin dili bilgisi olmayan şəxslərin bu dil üzrə standart ixtisas imtahanları sayılan HSK, HSKK-nin təşkili ölkəmizdə bu dilə marağın artmasının göstəricisidir.