ADU Elmi Kİtabxana və İnformasiya Xidməti Mərkəzinin direktoru formda iştirak edib
ADU Elmi Kİtabxana və İnformasiya Xidməti Mərkəzinin direktoru Cəmilə Əliyeva “Rusiya Federasiyası və Azərbaycan Respublikası Kitabxanaçılar forumu: 30 illik uğurlu əməkdaşlıq” mövzusunda forumda iştirak edib.
Qeyd edək ki, form 4-6 dekabr tarixlərində ölkəmizdə Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və Rus Kitab Evinin təşkilatçılığı ilə keçirilib.
Forumda Rusiyanın bir çox aparıcı kitabxanalarının, xüsusən, Rusiya Dövlət Kitabxanası, Rusiya Milli Kitabxanası, Prezident Kitabxanası, Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanası ilə informasiya, təcrübə mübadiləsinin online və şifahi çıxışları dinlənilib.
Həmçinin muzey, teatr, kino, kitabxana və digər mədəniyyət sahələrində ölkəmizlə ikitərəfli tarixi və müasir əlaqələr haqqında çıxışlar olub.