XƏBƏRLƏR

Piteşti Universitetinin rektoru Kamal Abdullaya təşəkkür məktubu ünvanlayıb

05 dekabr, 2022

Rumıniyanın Piteşti Universitetinin rektoru Dumitru Kirleşan Azərbaycan Dillər Universitetinin rektoru, akademik,  Xalq yazıçısı Kamal Abdullaya təşəkkür məktubu ünvanlayıb.

Məktubda deyilir:

“İcazə verin sizə ilk növbədə dərin hörmət və ehtiramımı bildirim. Eyni zamanda həm alim, həm Azərbaycan Dillər Universitetinin rektoru olaraq elmi fəaliyyətinizi böyük diqqətlə izlədiyimizi əlavə edim. Sizinlə, universitetinizlə əməkdaşlıq, qarşılıqlı anlaşma memarandumu bizim üçün böyük şərəfdir. Eyni zamanda əmin olduğumu bildirmək istərdim ki, universitetimizdə açılması nəzərdə tutulan Azərbaycan multikulturalizm mərkəzi ortaq dəyərləri paylaşan hər iki ölkə ictimaiyyətinin münasibətlərinin inkişafına təkan verəcək, universitetlərimiz arasında uzunmüddətli uğurlu fəaliyyətin sadəcə başlanğıcı olacaq.

Rektor olaraq sizdən gələn təkliflərə hazıram və universitetinizlə əməkdaşlığa çox şad olardım. Eyni zamanda gələcək əməkdaşlıq, müştərək layihələrlə bağlı təklifləriniz üçün sizə çox minnətdar olardım.

Dəvətinizi dəyərləndirib yaxın zamanlarda böyük məmnuniyyətlə sizi Bakıda ziyarət edəcəm”.