XƏBƏRLƏR

Frankofoniya təşkilatının rəsmisi ADU-nun Frankofoniya Mərkəzində olub

01 dekabr, 2022

Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Frankofoniya Mərkəzinin təşəbbüsü ilə Bolqarıstanın Sofiyada yerləşən Frankofoniyanın İdarəetmə və Menecment üzrə xüsusi təşkilatının professoru Nikola Maineti universitetin tələbələri ilə görüşüb.

Görüşdə tələbələrlə yanaşı, ADU rektorunun məsləhətçisi Anar Osmanlı, Frankofoniya Mərkəzinin müdiri filologiya üzrə fəlsəfə doktoru, Şahısmayıl Süleymanov, Təhsil-2 fakültəsinin dekanı Salman Nuriyev, universitetin Fransız dili leksikologiyası kafedrasının müdiri Gülnarə Sadıqova, Fransız dili və Mədəniyyəti Mərkəzinin baş mütəxəssisi Camila Xaspoladova iştirak ediblər.

ADU-nun Fransız dili və Mədəniyyəti Mərkəzinin müdiri, filologiya elmləri doktoru, professor Əsgər Zeynalov Azərbaycanda fransız dilinin tədrisi tarixinə nəzər salıb, bu sahə üzrə universitet mütəxəssislərinin gördüyü işlərdən danışıb.

Qonaq Nikola Maineti Sofiya təşkilatı və onun ayrı-ayrı fakültələri haqqında məlumat verib.

O, ADU-nun tələbələrini fəaliyyət göstərdiyi, eyni zamanda Bolqarıstanın ayrı-ayrı universitetlərində təhsil almağa dəvət edib.

Görüşün sonunda professor Nikola Maineti ADU-nun kitabxanasına "Bolqarıstan: Avropa sivilizasiyasının beşiyi" adlı kitabı hədiyyə edib.