XƏBƏRLƏR

Fələstinin Azərbacandakı səfirliyinin diplomatı ADU-da olub

30 noyabr, 2022

Azərbaycan Dillər Universitetində  Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfirliyinin diplomatı xanım Mayar Rantisinin tələbələrlə görüşü keçirilib.

Görüş zamanı M. Rantisi Fələstin dövləti, onun tarixi, mədəniyyəti və sivilizasiyası haqqında məlumat verib. O, Fələstin, Ərəb və Azərbaycan mədəniyyətləri arasındakı oxşarlıqların mövcudluğunu bildirib.

M. Rantisi eyni zamanda,  iki ölkə arasında mədəni mübadilə çərçivəsində universitetdə  ərəb dilini öyrənən tələbələrə ərəb dilində mühazirə oxuyub.